RUSSIAN FILM FESTIVAL
Azerbaijan
WATCH AT
27.06 - 18.07
Azərbaycanda ikinci dəfə onlayn formatda Rusiya Kino Festivalı keçiriləcək. Festival bu il "IVI" videoplatformasında yayımlanacaq. İyunun 27-dən iyulun 18-dək Azərbaycan tamaşaçılarına üç rus filmi, o cümlədən romantik dram və animasiya janrlı filmlər pulsuz nümayiş olunacaq.

Rusiyanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2020-ci ildə "ROSKINO" tərəfindən təşkil edilmiş Rusiya Kino Festivalı bütün dünyada keçirilməyə davam edir. Festival ölkəmizin bütün tamaşaçılarına rus kinosunun qəhrəmanları ilə yeni görüşlər, maraqlı hekayələr və güclü emosiyalar vəd edir.